“Nargis” Fondundan nəcib addım - Talassemiya xəstələri Türkiyəyə yola salındı

“Nargis” Fondundan nəcib addım - Talassemiya xəstələri Türkiyəyə yola salındı

"Nargis” Fondu iki talassemiya xəstəsinin Türkiyədə əməliyyat olunması üçün lazım olan prosedurları gerçəkləşdirib.

 

Məlum olduğu kimi, martın 15-dən etibarən COVİD-19 yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlanıb. Bu səbəbdən Türkiyədə mayın əvvəlinə planlaşdırılmış iki azyaşlı talassemiya xəstəsi Faiq Əhədov və Ulviyyə Səfərovanın, həmçinin artıq Türkiyədə müalicə alan xəstəmiz Səbinə Cəfərovanın sümük iliyi donorunun Türkiyəyə təcili göndərilməsi çətinləşdi.

 

Sfera.az-ın məlumatına görə, buna baxmayaraq "Nargis” Fondunun dəstəyi ilə 7 may tarixində adı çəkilən vətəndaşların və müşahidəçilərinin Türkiyəyə göndərilməsi gərçəkləşib. Fonddan verilən məlumata görə, onlar artıq klinikaya yerləşdirilib və tezliklə əməliyyat olunacaqlar. "Nargis” Fondu bu işdə onlara yardımçı olmuş qurumlara və şəxslərə təşəkkürünü ifadə edib:


"Bu ağır şərtlərdə səfərin gərçəkləşməsi üçün dəstək göstərən Nazirlər Kabinetinin Operativ Qərargahı , Türkiyənin Azərbaycanda səfirliyi və şəxsən cənab səfir Özoral, Azərbaycanın Türkiyədə səfirliyi, Türkiyədə ambulansı təşkil edən "Mediline” Group Assistance və Azərbaycan Hava Yollarına dərin minnətdarlığımızı bildiririk!

Qoy bütün uşaqlar sağlam olsun!”





OXŞAR XƏBƏRLƏR