\"Nar\"dan autizmli uşaqlara dəstək

\

 

"Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm sindromlu uşaqlar üçün ölkəmizdə ilk dəfə keçirilən Autizm Mədəniyyət Festivalına dəstək olub. Heydər Əliyev Mərkəzində keçirilmiş festivalda autizim sindromlu uşaqlar incəsənətin müxtəlif sahələrində öz istedadlarını nümayiş etdiriblər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olan festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstəriblər. Festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, "Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləri olub. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənib.

 

Autizm sindromlu uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan modelyer Afaq İsmayılovanın hazırladığı kolleksiyanı təqdim ediblər. Festivalda Türkiyədən gələn və autizm sindromlu uşaqlardan ibarət olan İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edib. Qonaqların "Autizm nədir?” sualına cavab tapması üçün qısametrajlı animasiya filmi də nümayiş olunub.

Tədbir autizm sindromlu uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, "Nar”xüsusi qayğıya ehtiyacı olaninsanları daim diqqətdə saxlayır və onlarıncəmiyyətə inteqrasiya olunmasıistiqamətində müxtəlif addımlar atır. Mobil operator "autizm spektr pozuntuları” diaqnozlu uşaqlarla bağlı bir neçə layihə icra edib.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 




OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...