Narazı tibb işçilərinə ödənişlər edildi - Maliyyə Nazirliyi vəsait ayırdı

Narazı tibb işçilərinə ödənişlər edildi - Maliyyə Nazirliyi vəsait ayırdı
"Tibb və qeyri-tibb işçilərinin fevral ayı üçün müddətli əlavələri bu gün ödənilib”.

Sfera.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən fevral ayı üçün ödənişlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülüb.
Bu gün 29 tibb müəssisənin işçilərinin müddətli əlavələri ödənilib. Həftə ərzində isə digər tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinə ödənişlər ediləcək.

Qeyd edək ki, tibb işçiləri son iki ayın müddətli əlavəsini ala bilmədiklərindən şikayət edirdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilirdi ki, Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı üçün ödənişlər edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. // Musavat.com

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...