“Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!

“Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!
 Ölkənin ən gənc mobil operatoru olan "Nar”, yeni formatda "Nar Eko SİM” kartını təqdim edir. Azərbaycan mobil rabitə bazarında ilk dəfə təqdim edilən eko SİM kartlarda plastik 50% azdır.
Sfera.az xəbər verir ki, yarı ölçülü SİM kartların ətraf mühitin qorunmasına müsbət təsirləri var. Belə ki, yeni SİM kartlarla həm yaşıl təbiət daha çox qorunacaq, həm də plastik tullantılara qənaət ediləcək. "Nar Eko SİM” kartları mobil operatorun bütün rəsmi satış və xidmət mərkəzlərində yeni müştərilərə təqdim olunacaq.
Xatırladaq ki, "Nar” bundan əvvəl ətraf mühitin qorunması məqsədilə alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə vermişdi. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Qeyd edək ki, "Nar”ın məhsulları və layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...