“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu

“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu

Gənclərin intelletual inkişafına xüsusi diqqət ayıran "Nar” mobil operatoronun dəstəyilə baş tutan "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb. Final mərhələsində "Lerik” və "Gəncə” komandaları da yarışsa da, qalib adı uğrunda mübarizədə "Kapital Bank” və "Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn "Nar” komandası "Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb. Qeyd edək ki, "Azerfon” şirkətinin Baş İcraçı Direktoru Gunnar Pahnke qalib komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.

Yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu "Nar”-ın "Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı //www.facebook.com/Narofficial hesabından və //nar.az/ saytından əldə etmək mümkündür.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...