“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
 
"Nar”-ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan "Breyn Rinq”in 14-cü
mövsümü start götürür. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”, artıq 7
ildir ki, "Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34
komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-də İctima Televiziyada yayımlanacaq.
İlk oyun sentyabrın 22-si start görütəcək və yanvarın əvvəlinə qədər davam edəcək.
"11 universitet və 15 region komandası da daxil olmaqla bütün komandaların bir məqsədi var. O da
qalib gəlmək. İlk efirə çıxdığımız gündən verilişdə çox şey dəyişdi. Neçə yeni komanda yarandı, neçə
güclü komanda dağıldı və hətta bu il studiyamız da dəyişdi. 7 ildə dəyişməyən Baş Sponsorumuz
"Nar”a təşəkkür edirik!”, deyə "Breyn Rinq” yarışının aparıcısı DJ Fateh bildirib.
Qeyd edək ki, "Bilik” kuboku və "Nar” tərəfindən təsis edilmiş "Nar” kubokunun qalibləri Azərbaycan
çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar "Bilik” kuboku
uğrunda mübarizə aparacaq. "Bilik” kubokunun qalibi ötən mövsüm "Nar” kubokunun qalibi olmuş
"Nar” komandası ilə "Brain Ring 2019” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
Hər il olduğu kimi bu il də müsabiqə izləyiciləri üçün "Nar”-ın "Facebook” səhifəsində xüsusi
müsabiqə keçiriləcək. "Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez
cavab verən şəxs "Nar” tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılacaq.
Qeyd edək ki, "Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının
inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
"Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...