“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir

“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir
 

Ölkənin ən gənc mobil operatoru "Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan "Networking. Global Volunteer və Peşəkar Mühit" tədbirinin baş sponsoru qismində çıxış edib. "Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.

 

Qlobal mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbələr elə həmin proqramın məzunları ilə görüşüb onların real təcrübələrini dinləyə biliblər. Bundan başqa, tədbirdə iş müsahibələrinin uğurlu keçməsi və düzgün peşə seçimi ilə bağlı mühüm məlumatlar paylaşılıb.

 

300-dən çox gəncin qatıldığı tədbirdə "Nar” hazırda mövcud olan iş imkanları və təcrübə proqramları ilə bağlı geniş məlumat təqdim edib.

 

Mobil operatorun həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən — VİDEOREPORTAJ

Baku TV komandası bu həftə Lənkaranın Boladi kəndinə üz tutub.   Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan kənddə i...

"Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb"

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu gündən LƏĞV EDİLDİ

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Sfera.az-ın məlumatına görə, Nazirlər ...

Nazirlər Kabineti daha 2 Vahid Formanı təsdiq edib

 Nazirlər Kabineti "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəb...

Ekspert: “Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır”

Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) əleyhinə sosial şəbəkələrdə bəzi yazılar paylaşılır. Xüsusən agentliyin elan etdiyi tenderlərə qarşı müəyyən ittiha...