“Nar” 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

“Nar” 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb
 

Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən "Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb.

Belə ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da "Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.

"Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda "Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, "Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər "Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...