Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir

Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
Naqif Həmzəyev: Ölkə bşçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir"
 
Bu gün bəşəriyyət, böyük bir fəlakətlə, koronavirus (COVID-19) infeksiyası ilə üz-üzədir. Təəssüflər olsun ki, qlobal pandemiya Azərbaycandan yan keçmədi. Dövlətimizin prosesin başlanğıcında bu məsələyə ciddi yanaşması, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.

Belə bir çətin vaxtda koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmadı. Ölkə Başçımız dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əvf sərəncamına imza atdı. Sərəncamına əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu.

Ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı. Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır.

Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət Başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir

OXŞAR XƏBƏRLƏR

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...