Naqif Həmzəyev: Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir

Naqif Həmzəyev: Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir
 
"Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir”

Sfera.az  xəbər verir ki, bunu açıqlamasında millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, müstəqil Azərbaycan dünyanın koronavirus pandemiyası ilə üz-üzə dayandığı bu çətin vəziyyətdə özünün iqtisadi və sosial gücünü bir daha göstərə bildi:

"Dünyanın bir sıra inkişaf etmiş ölkələri Beynəlxalq Valyuta Fondu və Dünya Bankından, digər beynəlxalq qurumlardan yardım üçün müraciət etdiyi halda, Azərbaycan özünün gücü hesabına gözəgörünməz "düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə vəziyyət stabilləşib. Vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Məhz bunun üçün Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkə kimi, eyni zamanda dövlətimiz bu sahədə artıq model ölkə kimi nümunə göstərilir. Pandemiya dövründə, xüsusən, son günlərdə əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldilib. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirilir”.

Parlament üzvünün sözlərinə görə, aprelin 14-də videokonfrans şəkildə keçirilən iqtisadi müşavirədə, eləcə də İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin rəhbərləri ilə onlayn görüşündə ölkə başçısının vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı verdiyi göstəriş və tapşırıqlar cəmiyyətimiz tərəfindən böyük razılıqla qarşılanıb:

"Artıq məhz Prezidentin qərarı ilə işsiz insanlara müavinətin ödənilməsi artıq 200 min deyil, 600 min nəfəri əhatə edir. Eyni zamanda sosial paket layihəsi çərçivəsində ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri və fərdi sahibkarlar da pandemiya dövründə sosial paketlərdən yararlana biləcəklər. 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi böyük dəyərin göstəricilərindən biri də odur ki, ilin sonuna qədər nəzərdə tutulan bütün sosial proqramlar həyata keçiriləcək, məcburi köçkünlər və digər kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan layihələr icra ediləcək. Verilən qərarlar, icra edilən layihələr bir daha təsdiq edir ki, ciddi ehtiyatlara söykənən

ölkə iqtisadiyyatının bütün resursları sosial sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb, onların xidmətinə yönəldilib”.

OXŞAR XƏBƏRLƏR

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...