Naqif Həmzəyev AŞPA-da yeni vəzifəyə seçildi

Naqif Həmzəyev AŞPA-da yeni vəzifəyə seçildi
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.

Sfera.az xəbər verir ki, bu barədə Naqif Həmzəyev özünün feysbuk səhifəsində yazıb: "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başladı.

 
Bu gün isə komitə iclası zamanı həmkarım, xanım Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçildim.

Namizədliyimi dəstəklədikləri üçün AŞPA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm”.


OXŞAR XƏBƏRLƏR