Nahidə Babaşlıdan \"Altın kelebek\"lə bağlı açıqlama

Nahidə Babaşlıdan \
"Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərim və heç dayanmayan gözyaşlarımla başlayıram".

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nahidə Babaşlı sosial şəbəkə hesabında yazıb. Ötən gün keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində "Azərbaycanın ən parlayan ulduzu" nominasiyasına layiq görülən sənətçi təəssüratlarını bölüşüb.

"Kiçik xəyallarımla çıxdığım bu yol heç ağlıma gətirməyəcəyim yerlərə gəldi. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər. Neçə gözəl günlərdə görüşmək ümidi ilə. Sizi sevirəm. Dəstək olan, səs verən həmvətənlərimə təşəkkürlər" deyə, Nahidə paylaşımında yazıb.

OXŞAR XƏBƏRLƏR