Sanatoriyada istirahət edən kişi öldü
10:56 / 30.04.2021
1883
Naftalan şəhərində sanatoriyalardan birində istirahət edən kişi ölüb.
Sfera.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü M.Yusibov Naftalan şəhərində yerləşən sanatoriyaların birində, qaldığı otaqda qəflətdən dünyasını dəyişib.
Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.