Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı
Hadisə
20:45 / 19.06.2021
2649
Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.
Sfera.az-ın məlumatına görə, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.
Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.