Nabranda 2 nəfər dənizdə batıb
20:31 / 04.07.2021
2178
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.