“Mövsümə uyğun olmayan meyvələr xərçəng yaradır” - Tibb elmləri doktorundan həyacanlı açıqlama

“Mövsümə uyğun olmayan meyvələr xərçəng yaradır” - Tibb elmləri doktorundan həyacanlı açıqlama
 

 

"Mövsümə uyğun olmayan meyvələrin yeyilməsi onkoloji, xroniki xəstəliklərə yol aça bilər”

Sfera.az-a açıqlamasında bu sözləri bazarlarda mövsümə uyğun olmayan meyvə və bostan bitkilərinin satılması təhlükəsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

"Qidalanma gigiyenası standartına görə hər bir regionda yaşayan etnoslar konkret olaraq ayrı-ayrı meyvələrin qidalanmasına onların yetişmə vaxtına uyğun olmaqla adaptasiya olunurlar. Bəzi qidaların süni surətdə yetişdirilməsi, genetik modifikasiya olunmuş qidaların olması, bütün bunlar qidalanmada xeyli ciddi dəyişikliklər yaradır. Onun yaxın nəticələri barədə hələlik danışa bilmərik. Bu istiqamətdə ciddi tədqiqatlar aparılır. Vaxtından əvvəl yetişdirilən, mövsümə uyğun olmayan məhsullara dünyanın əksər ölkələrində rast gəlmək olar. İnsanlar çalışmalıdır ki, ölkəmizdə yetişən meyvələrdən ancaq zamanında istifadə etsinlər. Yəni insanların nəfslərinə nəzarət etməsi lazımdır. Bu istiqamətdə təbliğata da ehtiyac vardır. Qida, ərzaq təhlüküsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”

A.Qeybullanın fikrincə, mövsümə uyğun olmayan meyvələrin indidən satılması koorporativ maraqların nəticəsidir:

"Prosesə ictimai nəzarət olmadığından belə vəziyyət yaranıb. Mövsümə uyğun olmayan meyvənin yeyilməsi insan orqanizmi üçün də müəyyən fəsadlar yarada bilər. Süni iqlim şəraitində tez yetişdirilən meyvələr gübrəli ola, onların tərkibində müxtəlif inqridentlər qala bilər. Belə ağır metal duzlar insan orqanizminə çökməklə limfo hüceyrələri və başqa sistemlərdə ağır xroniki xəstəliklərə səbəb olur. Sonradan da ankoloji transformasiyalara şərait yaradır. Ona görə ankoloji xəstəliklərin artma tendensiyası da təsadüfi deyil”.

Qeyd edək ki, Azərbaycan bazarları çeşidli meyvə, bostan bitkilərilə zəngindir. Ancaq bazarlarda mövsümə uyğun gəlməyən meyvələrə də rast gəlmək olar. Artıq indidən satış yarmarkaları və bazarlarda yemiş, qarpız, alma və armud satılır ki, əslində bu meyvə və bostan bitkiləri indilikdə tam olaraq yetişməyib. Bu mənada da hazırda satışa çıxarılan həmin məhsullar mövsümə uyğun gəlməəyn məhsullar hesab edilir. Hansı ki, indiki halda, onların yeyilməsi heç də məsləhət deyil.

Elçin

OXŞAR XƏBƏRLƏR

Koronavirus xərçəng xəstələri üçün ikiqat təhlükədir - HƏKİM

Sfera.az-ın xarici mətbuata istinadla xəbər verdiyinə görə, çinli mütəxəssislərin araşdırmaları göstərir ki, xərçəng xəstələrinin koronavirusa yoluxma riski ç...

Ölüm gətirən virus Azərbaycana yaxınlaşır: HƏKİMLƏR ÇARƏSİZDİR

İranda sentyabr ayından bəri 81 nəfər qrip xəstəliyindən vəfat edib. Bu barədə məlumatı İranın səhiyyə nazirinin müavini Əli Rıza Rəisi verib. Onun sözlərinə...

Xədicə İsmayılda xərçəng xəstəliyi aşkarlandı: "İstəmir ki, kimsə bilsin..."

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılda tiroid(qalxanabənzər vəzi) xərçəngi aşkar olunub. Sfera.az correct.az saytına istinadla xəbər verir ki, bu ba...

“Medera” klinikasının həkimləri ağır cinayətdə ittiham olundu-Baş prokurora müraciət

Baş Prokurora müraciət edən Vəfa Qafarova iddia edir ki, onun atası Ramiz Süleymanov həkim-neyrocərrah Əlosman Qədimbəyli tərəfindən heç bir zərurət olmadan, hə...

“Baku Medikal Plaza”dakı ölümün sensasion təfərrüatı: "Çantadan diaqnoz sənədləri necə yoxa çıxıb?"

  Bu ilin mayında "Baku Medikal Plaza”da Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva əməliyyat zaman...

"Əmək haqlarımız 2 aydır ödənmir, bizə hədə qorxu gəlirlər" — Həkimlərdən Oqtay Şirəliyevə ETİRAZ

  Azərbaycan Səhiyyə Nazirliyinin Yazıçılar Birliyi Poliklinikasının həkimləri əmək haqlarının ödənilməməsindən şikayətçidirlər.   Sfera.az ...