Müzakirələrə səbəb olan imtahan qrafikləri təsdiqlənəcək? - AÇIQLAMA

Müzakirələrə səbəb olan imtahan qrafikləri təsdiqlənəcək? -  AÇIQLAMA
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprel ayı ərzində keçiriləcək. Bununla bağlı cəmiyyətdə sual altında qalan bəzi məsələlərin olduğu danılmazdır. Məsələn, əgər imtahanlar mart və aprel ayında keçiriləcəksə, o zaman abituriyentlər niyə iyun ayına kimi məktəbə getmək məcburiyyətində olmalıdır, bu onlara nə verir? Mart-aprel ayında imtahan verən şagird qarşıdakı aylarda keçirilməli olan dərs proqramı ilə bağlı suallar düşərsə, buna necə cavab verməlidir?
 
Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov xatırladıb ki, buraxılış imtahanında - qəbul imtahanının birinci mərhələsində - abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Müsahibimizin sözlərinə görə, bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür:    

"Bu nəticənin əldə edilməsi asan deyil. Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə qazanmırlar, həmin bilik və bacarıqlara repetitor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman imtahanın mövcud xidmət göstərənlərin proqramı başa çatmadan, təkrar olmadan mart ayında keçirilməsi nəticələrinə ciddi təsiri olacaq.  Çünki qeyd etdiyim dərslər, məşğələlər mart ayında davam edir. Martda DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının birinci mərhələsinin, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi haqlı olaraq narazılığa səbəb olur. Bununla bağlı bəzi vacib məqamları qeyd edim.

Mart ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda mart ayının 20-nə, tətilə görə isə 25-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olacaq".

Ekspert qeyd edib ki, digər tərəfdən, dərslər bu tədris ili üçün 15 sentyabrda yox, 29 sentyabrda başlayıb və pandemiya səbəbindən mütəmadi olaraq 500-dən çox məktəbdə dərslər onlayn olub, tam təşkil edilməyib:

"Bütün bunları nəzərə alsaq, 11-ci siniflər üçün mart ayındakı imtahanlar təxirə salınmalıdır. Ən yaxşı halda may ayında keçirilməlidir. 
Kurikulumun tələbinə görə şagirddə dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır. Həmin bacarıqlar tədris ilinin sonunda formalaşır. Yaxşı olar ki, keçirilməsi planlaşdırılan imtahanlar ən azı 6 ay əvvəldən elan olunsun. Mart ayında imtahanların keçirilməsinin elan edilməsi şagirdlərdə ciddi psixoloji gərginlik yaradıb. Amma belə başa düşülür ki, yayılan imtahan qrafikləri təsdiq olunacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...