Müxalifət məsələyə aydınlıq gətirməlidir – Siyasi icmalçı saxta mühacir məsələsi haqda…

Müxalifət məsələyə aydınlıq gətirməlidir – Siyasi icmalçı saxta mühacir məsələsi haqda…
 

"Almaniya polisi əlində ciddi dəlil və sübut olmadan belə hərəkətə yol verməz”


Sfera.az-a açıqlamasında bu sözləri Almaniyada siyasi mühacir alveri və saxta sənəd təşkil etməkdə suçlanaraq saxlanılan 8 nəfər azərbaycanlı siyasi mühacir barədə məsələyə toxunarkən siyasi icmalçı Azər Həsrət deyib:

 

"Bilirsiniz ki, Avropada mühacir alveri son illər intensiv şəkildə müzakirə olunan məsələlərdəndir. Yəni siyasi müxalifətə dəxli olan bəzi şəxslərin siyasi mühacir alverilə rəsmən məşğul olması istiqamətində müəyyən fikirlər səslənirdi. Belə bir vəziyyətdə müxalifət partiyalarının rəhbərləri, fəalları isə bu fikirləri rədd edirdilər. Bu kimi olayların böhtan olduğunu iddia edirdilər. Amma faktiki olaraq indi Almaniya polisi prokurorluğun sanksiyası ilə bir qrup azərbaycanlı mühaciri siyasi mühacir alveri, saxta sənədlər təşkil etməkdə ittiham edərək həbs edib”.


Həmsöhbətimiz dedi ki, Almaniyada baş verən bu olay sözügedən məsələ ilə bağlı əvvəllər dediklərimizin həqiqət olduğunu bir daha təsdiqlədi: "Almaniya polisi əlində ciddi dəlil və sübut olmadan belə hərəkətə yol verməz. Çünki, heç bir əsas olmadan siyasi mühacirlərə qarşı bu cür addımların atılması Almaniya üçün ciddi baş ağrısına çevrilə bilərdi. Görünür, əllərində olduqca sanballı dəlillər var və onun əsasında hərəkət etməklə bəzi adamları saxlayıblar. Düşünürəm ki, həmin məsələyə Azərbaycanın siyasi müxalifəti də aydınlıq gətirməyə borcludur. Ölkə içində fəaliyyət göstərən və həmin şəbəkəyə bu və ya digər şəkildə dəxli olan siyasi müxalif kəsim öz fikrini bildirməlidir. Yəni, onlar ya etiraf etməlidir ki, bu işin içindədirlər və uzun illərdir bu barədə deyilənlər doğrudur. Ya da əksini sübut etmək üçün ortaya faktlar qoymalıdırlar. Bunu gözləyəcəyik və ona uyğun da öz dəyərləndirməmizi edəcəyik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR