Müxalifət Əli İnsanovun puluna tamah salıb? – Sensasion açıqlama

Müxalifət Əli İnsanovun puluna tamah salıb? – Sensasion açıqlama


"Düşümürəm ki, bu əməkdaşlıq Əli İnsanovun siyasi ambissiyasının gerçəkləşməsinə imkan yaradacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Müsavat Partiyasının qərargahında müxalif partiya liderlərinin iştirakı ilə keçirilən Dəyirmi Masada sabiq səhiyyə naziri Əli İnsanovun da iştirakına münasibət bildirərkən politoloq Elşən Mirzəoğlu deyib.


"Əslində Əli İnsanovun müxalifətə və ya iqtidara dəstək verməsi onun konstitusion hüququdur. Amma Əli İnsanovun zamanında tənqid və təhqir etdiyi müxalifətlə indi eyni masa arxasında oturması əlbəttə ki, təəssüf doğurur. Azadlığa çıxdıqdan sonra İnsanovun vaxtilə Müsavat başqanı olan İsa Qəmbərdən üzr istəməsi də onun mövqeyini izləyən elektoratda müəyyən suallar doğurub. Amma düşünmürəm ki, Əli İnsanov o zaman İsa Qəmbərə münasibətdə yanlış siyasi mövqedə olduğunu güman edirdi, o vaxt kifayət qədər səmimi idi”.

 

E. Mirzəoğlunun fikrincə, İnsanovun tutduğu indiki mövqe göstərir ki, ortada siyasi konyuktura var: "Sabiq nazir sanki hakimiyyətlə münasibətləri qisasçılıq müstəvisi üzərində qurmağa çalışır. O ölkənin milli maraqlarına xidmət edən qüvvələrlə əməkdaşlığa getsəydi, daha anlaşılan olardı. Amma 1992-1993-cü illərdə hakimiyyətdə olub ölkəni siyasi-iqtisadi böhrana sürükləyən qüvvələrlə əməkdaşlığa getməklə özünün istinad etdiyi elektoratda da müəyyən suallar doğurub. Çünki İnsanovun maliyyə imkanları və kanallarından müxalif liderlər konyuktura baxımından istifadə edə bilərlər. Ancaq düşünmürəm ki, Əli İnsanov müxalifətdəki məlum kəsimin liderlərilə münasibətdə nələrsə əldə edə bilsin. Hər halda yaxşısını özü bilər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...