Mutasiya olunmuş COVID-19-un ikiqat təhlükəli olduğu AŞKARLANDI

Mutasiya olunmuş COVID-19-un ikiqat təhlükəli olduğu AŞKARLANDI
ABŞ-ın Merilend Universitetinin alimləri mutasiyaya uğramış koronavirusun hava yolu ilə daha yaxşı ötürüldüyü qənaətinə gəliblər.

Sfera.az xəbər verir ki, bu barədə "Clinical Infectious Diseases" nəşri məlumat yayıb.

Nəşrə görə, alimlər bu məqsədlə müxtəlif SARS-CoV-2 ilə 49 yoluxma halı üzərində müşahidə aparıblar. Bütün xəstələrdə xəstəlik asimptomatik və ya yüngül simptomlarla keçib. Delta və alfa ştamına yoluxan insanlarda isə bunun əksini görüblər.

"Deltanın alfadan daha yoluxucu olduğunu bilirik. Araşdırmamız yeni infeksiyaların hava yolu ilə ötürülməsi üçün əlavə sübutlar verir", - tədqiqatçılar bildirib.

Hava monitorinqi sayəsində mütəxəssislər tibbi maskaların virusun yayılma riskini 50% azaltdığını da təsdiqləyiblər. Buna görə də yoluxmamaq üçün nəinki peyvənd olunmaq, həm də fərdi qoruyucu vasitələrdən istifadə etməyə davam etmək, həmçinin otaqları havalandırmaq lazımdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 4 SARS-CoV-2 mutasiyasını təhlükə dərəcəsinə görə bu cür sadalayıb: alfa (Böyük Britaniya), beta (Cənubi Afrika), qamma (Braziliya) və delta ştamları.

İlk dəfə Hindistanda tapılan delta ştamı son aylarda Rusiya da daxil olmaqla, əksər ölkələrdə dominantlıq edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu qidalardan zəhərlənib ölmək riski yüksəkdir - XƏBƏRDARLIQ

"24 ildir istehlakçı hüquqlarını qorumaqla məşğulam, hələ bir dəfə də görməmişəm ki, istehlakçının sənaye üsulu ilə hazırlanmış maldan zəhərlənməsi barədə dövlə...

Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşdi

Almaniya və İsveçrə alimləri laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan təcrübələrdən istifadə edərək insanlarda immunitet sisteminin səhər s...

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 30 886 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məluma...

"Noyabr-dekabr aylarında infeksiyalara yoluxma halı 4-5 dəfə artacaq" - Professordan XƏBƏRDARLIQ

"Son günlər COVİD-19-a yoluxmada dinamik artım qeyd olunur. Bu da tək adi insanlar arasında deyil, hətta həkimlər arasında da narahatlığa səbəb olub”.   ...

Azərbaycanda bu şəxslərə üçüncü doza vaksin vurulacaq - RƏSMİ

Səhiyyə Nazirliyi hər iki doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza ("buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edi...

Yeni xəstəlik yayılır: 5 yaşa qədər olan uşaqları hədəf alır - Artıq 165 uşaq ölüb

Konqo Demokratik Respublikasında bilinməyən xəstəlik səbəbindən avqust ayından bu yana 165 uşaq dünyasını dəyişib.   Sfera.az bildirir ki, ilk dəfə Kvilu...