Müşviqin evi ilə bağlı məhkəməsi oldu - Nə qərar verildi?

Müşviqin evi ilə bağlı məhkəməsi oldu - Nə qərar verildi?

"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasovun evi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub. 

Sfera.az bildirir ki, axşam.az-a açıqlama verən ssenarist bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib:

"Ədalətli qərar verildi,  Apellyasiya Məhkəməsinin qərarı ləğv olundu və yenidən baxılmağa göndərildi. Növbəti məhkəmə nə vaxt olacaq bilmirəm".

Müşviq növbəti məhkəmə iclasında ədalətli qərar veriləcəyinə, evinin onda qalacağına inandığını söyləyib:

"Dövlətin mənə verdiyi sənəd var, bunu yetərsiz hesab etmək olmaz. İnanıram ki, növbəti məhkəmə iclasında iş mənim xeyrimə bitəcək. başqa yolu yoxdur, həqiqət öz yerini tapacaq".

Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar" deyə, o, söyləmişdi.

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...