Mustafa Sandal Eminanı məhkəməyə verdi

Mustafa Sandal Eminanı məhkəməyə verdi
Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşını məhkəməyə verib.

Sfera.az xəbər verir ki, ifaçı Emina Yahoviçə qəyyumluqla bağlı dava açıb. Belə ki, Sandalın iddiasına görə, keçmiş həyat yoldaşı uşaqlarla maraqlanmır.

Bildirilir ki, müğənni son zamanlar Eminaya aliment ödəmirdi. Buna görə də Mustafanın həyat yoldaşı onu məhkəməyə vermişdi. Ardınca ifaçı 9 və 12 yaşındakı iki övladını geri almaq qərarı alıb. O, keçmiş həyat yoldaşını çox səyahətə getməklə və uşaqlarına qayğı göstərməməklə ittiham edib.

Qeyd edək ki, 2008-ci ildə evlənən cütlük 2018-ci ildə yollarını ayırıb.  Boşanma protokoluna görə, Mustafa Sandal həyat yoldaşına ayda 15 min, övladlarına isə 10 min türk lirəsi məbləğində aliment ödəməyi qəbul edib.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR