Mustafa Sandal Dəfnə Samyeli ilə sevgili olduğunu etiraf etdi

Mustafa Sandal Dəfnə Samyeli ilə sevgili olduğunu etiraf etdi

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal müğənni Dəfnə Samyeli ilə bir vaxtlar sevgili olduqlarını etiraf edib.

Hurriyet.com xəbər verir ki, müğənni bu barədə həyatından bəhs edən yeni çıxardığı "Beni Ağlatma” adlı kitabında yazıb.

İlk dəfə münasibətlərindən danışan Mustafa Sandal Dəfnə tərəfindən tərk edildiyini açıqlayıb:

 

"Münasibətlərimizi gizlətmək istədim. Bu səbəbdən də Dəfnə məndən ayrıldı. Dəfnə nə istədiyini bilən düzgün bir qadındır. O, "sənin dünyagörüşün və həyat tərzin budursa, bizim münasibətlər alınmayacaq”, deyərək məni tərk etdi. Əslində, düzgün addım atdı”.

Mustafa Sandalın illər sonra bu etirafı etməsi bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Onun bu açıqlamanı Cem Yılmaza görə etdiyi bildirilir.

Hələlik Dəfnə Samyeli Mustafanın açıqlamasına münasibət bildirməyib.

Qeyd edək ki, məşhur komediya ustası Cem Yılmaz və Dəfnə Samyeli yeddi aylıq münasibətdən sonra ayrılıb. Hər kəs cütlüyün evlənəcəyini gözləyirdi. (oxu.az)


OXŞAR XƏBƏRLƏR