Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir

Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
Bəşəriyyətin koronavirus (COVID-19) infeksiyası kabusu ilə qarşı-qarşıya qaldığı bir vaxtda risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı olan insanların sağlamlığı, təhlükəsizliyi gündəmi zəbt edib.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri ağsaqqala, ağbirçəyə hörmət, dərin ehtiram olub. Hər zaman ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətləri kimi əsas götürülüb.
 

Qlobal pandemiya təhlükəsinin Azərbaycandan yan keçmədiyi vaxtda ən əvvəl koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı vətəndaşlar xüsusi diqqət və qayğı ilə əhatə olundular.

"Hər zaman humanist addımları, qərarları ilə hər bir vətəndaşının yanında olduğunu təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı isə dünyaya nümunə oldu. Belə bir çətin sınaq dövründə müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşlar ölkə Başçısının diqqətindən, qayğısından kənarda qalmadı. Ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü olaraq dövlətimizin Başçısı 176 məhkumun əfv olunmasına dair Sərəncam imzaladı. Bu da milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşının sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi oldu”-deyə millət vəkili qeyd edib. (azxeber.com)

OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...