“Müsavatçılara verilən arayışlar ciddiyə alınmır”

“Müsavatçılara verilən arayışlar ciddiyə alınmır”

"Tәqdim olunan partiya bileti vә arayış sizin şikayәtin tәmin olunması üçün uyğun deyil. Artıq diqqәtә alınması vacibdir ki, partiya funksionerlәrinin müsbәt fәaliyyәtlә bağlı tәsdiq arayışlarını Azәrbaycanda әldә etmәk çox da çәtin deyil".

"Qafqazinfo”nun məlumatına görə, jurnalist Yafəz Həsənov bildirib ki, bu cavab müsavatçı Rahid Bәşirov Miqrasiya İdarәsinin onun haqda çıxardığı mәnfi qәrarla bağlı Almaniya, Münster şәhәr mәhkәmәsinə müraciətində verilib. Onun sözlərinə görə, mәhkәmә Almaniya Xarici İşlәr Nazirliyinin 22 fevfal 2019-cu il tarixli, "Azәrbaycan: mühacirlik vә deportasiya işlәri üzrә..." adlı sәnәdinә istinadən belә hesab edir:

"Rahid Bәşirov 1999-cu ildәn Müsavat Partiyasının üzvüdür. O partiya gәnclәr tәşkilatının sәdr müavini olub. Müxtәlif vaxtlarda tәzyiqlәrә mәruz qalıb, sutkalıq hәbs dә olunub. 2015-ci ildә NİDA-dan deputatlığa namizәdliyi irәli sürülsә dә, MSK qәbul etmәyib.

Qәrardan vә Almaniya Xarici İşlәr Nazirliyinin partiyaya aid olan arayış vә vәsiqәlәr haqda mәlumatından belә çıxır ki, onlar indiyә kimi verilәn arayışlar haqda araşdırmalar apardıqdan sonda bu nәticәyә gәliblәr. Onlar vәsiqә vә arayışları saxta saymır, lakin arayışda yazılanları ciddiyә alıb, hәqiqәtә uyğun hesab etmirlәr. 

Son zamanlar Almaniyada azәrbaycanlı siyasi mühacirlәrә soyuq münasibәtin fonunda belә görsәnir ki, elә ucdantutma bu sәnәdә әsaslanıb arayışların әksәriyyәtini hәqiqәtә uyğun saymayacaqlar. 8-10 il әvvәl isə partiya vәsiqәsini göstәrmәk bәs edirdi.

Y. Həsənovun sözlərinə görə, artıq Almaniyadakı Müsavat partiyası üzvlәrinin çoxuna vәsiqә vә arayışlarının hәqiqәti әks etdirmәdiyi haqda qәrar vә bildiriş göndәrilib. 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ittihamları qəbul etməyərək bildirib ki, Almaniya Məhkəməsinin verdiyi qərar və sənədlərin ona təqdim olunmasını istəyib:

"Sənədin əslini də yayın ki, onun düzgün tərcüməsini hamı görsün. Əks təqdirdə məsələ hüquq müstəvisində həll olunacaq. Rahid bəyə verilən arayışda onun fəaliyyəti əks olunub. Sənədi alandan sonra Rahid bəyin bizə hər hansı müraciəti olmayıb, bizdən yardım istəməyib. İndiki halda isə məhkəmənin qərarını bilmədən ona yardım etmək imkanımız yoxdur. Rahid bəy yenə yerli vəkillərlə danışsa, yaxşı olar. Vəkil sorğusu olarsa, mümkün olan hər köməkliyi göstərə bilərik”.


 

 


OXŞAR XƏBƏRLƏR