Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını açıqladı - SİYAHI

Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını açıqladı - SİYAHI
 Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.
 

Sfera.az  xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirakla bağlı keçirilən toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var.

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədlikləri irəli sürülüb.

Xatırladaq ki, 2020-ci ilin fevral ayının 9-na Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin edilib.



OXŞAR XƏBƏRLƏR