Müsavat funsksionerləri polisə çağırılıb

Müsavat funsksionerləri polisə çağırılıb
 

Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı, başqanın müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl və digər partiya funksionerləri polisə çağırılıb.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya Müsavat başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, hələlik rəsmi şəkildə açıqlanmasa da, polisin bu addımı noyabrın 12-nə təyin olunmuş piketlə bağlı atdığı ehtimal edilir.

 

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH-ın piketə razılıq verməyib.

Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında  razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib.


OXŞAR XƏBƏRLƏR