Ukraynalı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi – MÜSAHİBƏ

Ukraynalı məktəb direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edəkl ki, Çumak Alla Mixaylovna, Krılaç Yuliya Anatoliyevna "Tərəqqi” medalları ilə təltif ediliblər.

Məktəbin direktoru Antonenko Valentina Sergeyevna isə "Dostluq” ordeninə layiq görülüb. 

Sfera.az xəbər verir ki, Bizim.Media Prezidentin "Dostluq” ordeni ilə təltif etdiyi Valentina Antonenkodan özəl müsahibə alıb.

İlk sualımız isə bu xəbəri eşidən pedaqoqun hansı hisslər keçirdiyi olub:

"Belə xəbərə necə duyğulanmamaq olar? Çox təsirləndim. Bu təltifi heyrətlə qarşıladım. Məsələ burasındadır ki, həyatımız uzun illərini bu işə həsr etmişəm. Hər şeyi içdən, səmimi və sevgilə edirəm. Şadam ki, çalışdığımız məktəb Azərbaycan xalqının görkəmli qızı Zərifə Əliyevanın adını daşıyır. Bu məktəbdə çalışmaq həyatımda elə mühüm yer tutub ki, əksini düşünmək belə istəmirəm”.

Valentina Antonenko əlavə edib ki, onun kabinetində tanınmış ziyalı kimi hörmət bəslədiyi Zərifə Əliyevanın portreti də var.

Çünki Zərifə Əliyeva görkəmli elm adamı olmaqla yanaşı, həm də gözəl həyat yoldaşı, mehriban ana olub. O, Prezident İlham Əliyev haqqında da fikirlərini bölüşüb:

"Cənab İlham Əliyevin fəaliyyətini diqqətlə izləyir, bütün çıxışlarına baxıram. Müdrik insan, güclü siyasətçidir. Ona bütün sferalardakı nailiyyətlərlə yanaşı, ilk növbədə möhkəm can sağlığı arzulayıram. Onun rəhbərliyi ilə Azərbaycanın inkişafı da istəklərim arasındadır. Dərin hörmət bəslədiyim Prezident İlham Əliyevə ən yaxşı sözlərə layiqdir”.

Sonda qeyd edək ki, Ukraynanın İrpen şəhəri azərbaycanlılar üçün doğma olan məkandır. Bu şəhərdə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəb fəaliyyət göstərir, şəhərin mərkəzində Zərifə Əliyeva adına küçə mövcuddur.
 
12 saylı orta məktəb İrpen şəhərinin ən müasir, yüksək bilik aşılayan təhsil ocaqlarındandır. Azərbaycan dövlətinin dəstəyi ilə orta məktəb ən müasir avadanlıqlarla təchiz olunub, müasir idman meydançaları, idman qurğuları şagirdlərin ixtiyarına verilib.

Məktəbdəki akademik Zərifə Əliyeva adına muzey isə yerli sakinlərin və qonaqların ziyarət etdiyi ən sevimli məkanlardan biridir.

Orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, bu təhsil ocağında 60-a yaxın sinif və 2 mindən çox şagird təhsil alır. Onun sözlərinə görə, şagirdlərin yüksək biliyə sahib olmaları üçün burada savadlı müəllim heyəti çalışır. 

OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...