Murad Dadaşov Toliki cəzalandırdı: Verilişin bağlanıldığı iddia olunur - VİDEO

Murad Dadaşov Toliki cəzalandırdı: Verilişin bağlanıldığı iddia olunur - VİDEO
 

Bu gün Xəzər TV-də yayımlanan "Hər Şey Daxil” proqramında müğənnilər arasında yaşanan gərginlikdən sonra Xəzər Media Mərkəzinin direktoru Murad Dadaşov verilişin aparacısı Tarix Əliyevə (Tolikə) sərt iradını bildirib.

 

Sfera.az xəbər verir ki,  məlumatda iddia olunur ki, Tolikin verilişi bağlanıb.

 

Qeyd: Bu gün "Hər Şey Daxil” proqramında qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın "gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər. Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: "Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”. M. Əsədova isə Elzanın sözügedən açıqlamasından sonra onunla əlaqə saxladığını deyib: "Zəng etdim ki, haqqımda nə demisən? Cavab verdi ki, heç nə söyləməmişəm. Demişəm ki, xasiyyəti pisdi. Dedim, məni oğluna alacaqsan, evinə gəlin gələcəm? Hamının xasiyyəti eyni ola bilməz”. Daha sonra E. Seyidcahan canlı efirə qoşularaq məsələyə aydınlıq gətirmək istəyib.  "Mətanət xanım bayaq mahnı oxudu, sözlərində deyildi ki, atları qoydu, ulaq yerində dayandı. Özü öz cavabını verib. Mən onun özünün at yerində olub, ulaq yerində saxlanmağını istəmirəm”, - deyə Seyidcahan vurğulayıb. Məsələyə müdaxilə edən Mətanət Əsədova efirdə Elzanın danışığının kəsilməsini istəyib. Təhqir olunduğunu iddia edən sənətçi Əməkdar artistin ünvanına ağır sözlər deyib: "Onun səsini kəsin. Danışmasın, telefonu bağlayın. Ulaq da, at da sənsən! Elza, məni heç kimlə səhv salma. Bəstəkar adı haramın olsun. Utanmırsan? Burda atdan, ulaqdan danışırsan! O kimdir ki, mənimlə belə danışır? Mən Elza deyiləm! Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar! Ağıllı ol! Tərbiyən olsun! Mənimlə təkbətək görüş, amma çaşma! Səni çaşıb...” M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.

 

Xatırladaq ki, ötən gün sözügedən kanala Xalq artisti Murad Dadaşov rəhbər gətirilib.

 


 
(pravda)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...