\"Murad Dadaşov intellektual şouya üstünlük verəcək\" - yeni təyinatla bağlı fikirlər

\
 "Onun KVN keçmişini nəzərə alaraq hesab edirəm ki, M. Dadaşov intellektual şouya üstünlük verəcək".

Sfera.az xəbər verir ki, bu sözləri  mediapost-a açıqlamasında Müstəqil jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asaf Quliyev verib.

O, Murad Dadaşovun "Xəzər TV"yə rəhbər seçilməsi ilə bağlı addımı yüksək qiymətləndirib:

"Əvvəla, Murad Dadaşovun "Xəzər TV"yə təyinatı tam normaldır. Bu kanal şou kanalı kimi imic qazanıb. Murad Dadaşov da Azərbaycanın ən seçilən şoumenlərindən biridir. Onun KVN keçmişini nəzərə alaraq hesab edirəm ki, M. Dadaşov intellektual şouya üstünlük verəcək. Təbii ki, bu mənim gözləntilərim və arzumdur. Televiziyaların 3 əsas məramı var: məlumatlandırma, maarifləndirmə, əyləndirmə. "Xəzər" məhz əyləndirmə kanalı ola bilər və bunu daha intellektual formada icra etməyi bacarar. Buna həm Muradın, həm də kanalda çalışan həmkarlarımızın imkanı var".

Mövzu ilə bağlı bəstəkar-müğənni Murad Arif də "MediaPost"a açıqlama verib: "Murad Dadaşov ölkəmizin ən gözəl media mütəxəssislərindən biridir. Media istehsalatında hər şeyi dərindən bilir. Öz zəhmətilə ucalan, hər layihəsində həm fəhlə, həm də rəhbər olmağı bacaran adamdır. Onun bilgiləri, oxuduğu kitablar və təcrübə əminəm ki, bizə maraqlı bir kanal bəxş edəcək. Yeni televiziya mövsümünü səbrsizliklə gözləyirəm".

Xatırladaq ki, ötən gün Xalq artisti Murad Dadaşov "Xəzər TV" MMC-yə yeni rəhbər təyin olun


OXŞAR XƏBƏRLƏR