Murad Arifdən 50 nəfərlik toylara dəstək: "Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı"
Maqazin
14:27 / 22.06.2021
2005
"Bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu. İllərlə apardığım məclislərin əksəriyyəti zatən bu formatda keçirdi”.
Sfera.az bidirir ki, bunu müğənni-bəstəkar Murad Arif deyib. O vurğulayıb ki, məclisin daha xudmanı olması, tədbiri daha rahat və daha səmimi edir.
"Ziyalı təbəqə heç vaxt, bütün köhnə tanış-tunuşunu çağırmazdı. Sevinirəm ki, pandemiya belə bir ənənəni zorən yaratdı. İstərdim ki, say məhdudiyyəti dəyişməsin. Ev yiyəsinə də rahat olur, məclis bazar-vağzala dönmür. Toya yalnız yaxınlar, doğmalar dəvət alır. İsraf da olmaz!” , - deyə M.Arif əlavə edib.
Türkan
Sfera.az