Ömür klinikasında nə baş verir? - İDDİA

Ömür klinikasında nə baş verir? -  İDDİA
Klinikanın rəhbəri Gülnarə Sultanqızı həkimlərə təklif etdiyi faiz dərəcələrini onların klinikaya müştəri cəlb etmək bacarıqları əsasında müəyyənləşdirir.

Bu gün ölkənin səhiyyə sistemində mövcud olan bir çox problemlər də məhz respublikamızda fəaliyyət göstərən özəl klinikalarla bağlıdır. İlk növbədə qeyd olunmalıdır ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur.

Redaksiyamıza daxil olan məlumatlarda isə, bu gün Azərbaycanda reklam kampaniyası xüsusilə güclü təşkil olunmuş “Ömür” klinikasının fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlumatlara görə “Ömür” klinikasında tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. İddia olunur ki, baş həkim Gülnarə Sultanqızının rəhbərlik etdiyi bu tibb müəssisəsində, 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. Maraqlıdır ki, bu gün klinikanın təkcə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan aparatlarının köməyi ilə kompleks müalicədə böyük rol oynayan Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, densitometriya, mammoqrafiya və s. müayinələr aparmaq mümkündür. Digər tərəfdən isə klinikanın müasir avadanlıqlarla təshiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi mböyük şübhələr doğurur.

Mənbələr klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. “Ömür” klinikasında da əsasən respublikamızdan kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar. Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Amma bu həkimlərin potensialı barədə ümumi təsəvvürü, onlarla klinika rəhbərliyi arasında razılaşdırılmış faiz dərəcələrinə görə də əldə etmək olar.

Belə ki, adətən bilik və təcrübəsi daha çox olan həkimlərə təklif olunan faizlər də yüksək olur. Amma aldığımız açıqlamalara görə, məhz “Ömür” klinikasında həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə də təyin edilə bilər. Digər tərəfdən isə, mənbələr bildirirlər ki, bu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir. Təbii ki, bu da şirkətlər tərəfindən həkimlərə ödnilən faiz məbləğləri ilə stimullaşdırılır.Qeyd etmək lazımdır ki, hələ ötən ilin sonlarında mətbuatda yayımlanan məlumatlarda “Ömür” klinikasında ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində bir çox ciddi nöqsanların aşkarlandığı və bu səbəbdən də klinikanın bağlanacağı barədə açıqlamalar təqdim olunmuşdu. Bu xüsusda klinikada xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilməməsi və vergidən yayınma hallarının aşkar edildiyi, eləcə də klinikada laborator müayinələr zamanı qoyulan diaqnozların əksər hallarda səhv olması barədə çoxsaylı şikayətlərin olduğu əsas göstərilmişdi.

Yeni aldığımız məlumatda isə bildirilir ki, hazırda “Ömür” klinikası fəaliyyətinə davam etsə də, bu fəaliyyət Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan həyata keçirilir.../Editor.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...