No Image
No Image
No Image

Münhendə etiraz aksiyası keçirilib - FOTO

Münhendə etiraz aksiyası keçirilib - FOTO
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, yürüşdə işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrində, xüsusilə Gəncə və Mingəçevir şəhərlərində dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti, mülki şəxslərin, azyaşlıların öldürülməsini soyqırım aktı kimi qiymətləndiriblər.

Azərbaycanlılarla yanaşı, türk icmasının nümayəndələri və digərlərinin iştirakı ilə "Marienplatz” meydanından başlayan yürüş "Odeonsplatz” meydanına kimi davam edib. İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə cəbhə zonası deyil!”, "Erməni terrorçuluğuna son qoy!”, "Uşaq ölümünə son qoyun!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndiriblər. Bildirilib ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Yürüş zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər, Gəncə və Mingəçevir şəhərlərində törədilən vandalizm aktları ilə bağlı yerli ictimaiyyət geniş məlumatdırılıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR

Oktay Kaynarca Ermənistanın vəhşiliyini qınadı - FOTO

Türkiyəli məşhur aktyor Oktay Kaynarca Ermənistanın mülki vətəndaşlarımızı hədəfə alması ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, aktyor ...

Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Sfera.az...

Rusiyada ixtiozavrın qalıqlarları aşkarlanıb - FOTO

Vladivostokda Rus adasında qədim heyvan sümükləri aşkarlanıb. Sfera.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin G...

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da ya...

Ermənistan Bərdəyə raket atıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB

17:35  Ermənistan növbəti dəfə dinc əhalini raket atəşinə tutub. Sfera.az xəbər verir ki, Ermənistan Ordusu tərəfindən atılan raket Bərdə rayonunun Qar...

Erməni tankları ermənilərə qarşı - FOTOLAR

Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi texnikalar rənglənərək yenidən istifadəyə hazırlanır. Sfera.az xəbər verir ki, ələ keçirilən 8 tankdan 4-ü ...