\"Münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək\" - Könül Nurullayeva

\
Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi ilə ölkəmizdə yeni ixrac imkanları yaranmaqdadır. Yanvarın 18-də dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu zavodların işə düşməsi ilə sulfat turşusu və müxtəlif çeşidli rəngli şüşə tara məhsulları ilə əlaqədar xaricdən asılılıq tam aradan qaldırılacaq. Bu müəssisələrin yaradılması həm bu günün, həm də gələcək məsələlərin həllini təmin etməyə hesablanıb. Dövlət başçısının da qarşıya qoyduğu əsas vəzifələrdən biri bundan ibarətdir ki, Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmalıdır. Bunun üçün isə mütləq yerli və xarici investorların ölkəmizin gələcəyinə davamlı inamı olmalı, əlverişli investisiya mühiti qorunub saxlanmalıdır.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu gün - post-müharibə dövründə də Azərbaycana sərmayələr üçün yeni imkanlar açılır:

"Ümumiyyətlə, Azərbaycanda hər zaman əlverişli investisiya mühiti mövcud olub. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu imkanlar daha da genişlənir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Regionda məhz Azərbaycanın iradəsi sayəsində formalaşan sabitlik və təhlükəsizlik bölgədə imkanların genişlənməsinə əlavə töhfə verəcək. Ümumiyyətlə, münaqişə vəziyyətində də Azərbaycan investorlar üçün cəlbedici məkan idi. Lakin münaqişənin həlli prosesin miqyasını daha da genişləndirəcək. Beləliklə, işğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq və Azərbaycanın tam yeni, daha inkişaf etmiş simasını yaradacaq".

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...