Ümumrespublika qaranlığından bir il keçdi - VİDEO

Ümumrespublika qaranlığından bir il keçdi - VİDEO

Azərbaycanın qaranlığa qərq olduğu tarixdən 1 il ötür. Ötən ilin bu günü ölkəni işıqla təmin edən Mingəçevir İES-də qəza baş vermişdi.  Nəticədə, başda paytaxt Bakı olmaqla, ölkənin bir çox yerlərində eyni anda işıqlar sönmüşdü.  Elektrikin kəsilməsinə görə, metro qatarlarının hərəkəti dayanmışdı və xeyli sərnişin bundan əziyyət çəkmişdi. 

Elə həmin gün dövlət başçısı " Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı.

Dövlət başçısı ölkənin enerji sistemində vəziyyətlə əlaqədar dərhal müşavirə keçirərək "Azərenerji”nin sabiq  prezidenti Etibar Pirverdiyevin başverənlərə görə utanmalı olduğunu qeyd etmişdi:

"Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.

Hadisənin üstündən iki ay keçəndən sonra "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılmışdı. 

Daha sonra Balababa Rzayev "Azərenerji”yə rəhbər təyin edildi və İES-in təmirinə start verildi.

 "Azərenerji” ASC-nin bir müddət əvvəl yaydığı məlumata əsasən "Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. 

"Bu günə qədər "Reabilitasiya Proqramı” çərçivəsində Azərenerji "ASC” tərəfindən stansiyanın 6, 7 və 8 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb. 

Ümumilikdə, "Reabilitasiya Proqramı” çərçivəsində "Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata çatacaq, ən əsası isə "Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək”.

Qeyd edək ki, "Azərenerji” ASC Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib. Yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksək gərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt  Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl-iyunun 29-u Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğın baş versə də, görülən işlərin nəticəsi olaraq bu nasazlıq Bakı və digər rayonlarda hiss edilməyib. 

"Azərenerji”nin yaydığı açıqlamada vurğulanırdı ki, enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Qafqazinfo

 

 
 


OXŞAR XƏBƏRLƏR

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...