Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü İspaniya və Meksika KİV-lərində işıqlandırıldı
13:15 / 10.05.2021
2232
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Avropa Azad Mətbuat Mərkəzi "HorraPress" İspaniya informasiya agentliyi və Meksikanın "Expresion Mexico” xəbər portalı tərəfindən məqalələr dərc olunub.
Sfera.az-a bu haqda Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov məlumat verib.
Məqalələrdə Azərbaycan xalqının hər il 10 may tarixində ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi xatırladılır, onun Sovet İttifaqı dövründən başlayaraq Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr də daxil olmaqla, əvəzedilməz siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir.
Heydər Əliyevin müdrik siyasi xadim və xalqının Lideri olaraq ən çətin zamanda Azərbaycana rəhbərliyə gəldiyi, xalqın inamını qazandığı və bu gün güclü iqtisadiyyata malik olan bir ölkənin təməlini qoyduğu bildirilib.
1993-cü ilin Azərbaycanda baş verən hökumət böhranı nəticəsində Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəməsi, 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Prezident seçilməsi haqqında da məlumat verilib. Onun 1998-ci ildə yenidən Prezident seçildiyi, hakimiyyətdə olduğu dövrdə Azərbaycanın xarici siyasətinin yenidən qurulduğu, beynəlxalq aləmdə xalqımızın mənafelərinə xidmət edən balanslı siyasət yolu tutduğu vurğulanıb.
Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olaraq ölkəmizin tarixində və xalqın yaddaşında əbədi olaraq Ümummilli Lider kimi yer tapdığı vurğulanan məqalələrdə Onun layiqli davamçısı, xalqımızın rifahı üçün yorulmadan çalışan və böyük uğurlara imza atan Prezident İlham Əliyev haqqında da məlumat verilib. İlham Əliyevin Azərbaycanın uzun illər erməni işğalı altında olan torpaqlarının azad edilməsində göstərdiyi əzm və iradədən, Azərbaycan xalqına Zəfər sevincini yaşatmasından da geniş bəhs olunub.
Məqalələri aşağıdakı linklərə tıklayaraq oxumaq mümkündür:
//expresionmexico.com/2021/05/09/celebra-azerbaiyan-98-aniversario-del-nacimiento-de-heydar-aliyev/?fbclid=IwAR0locS6qO9BvBSf9T2p5WmWwXWVL5UUnnu_bJt7ICnsONF7gSOhla2rsbI
//es.horrapress.eu/archivos/2072?fbclid=IwAR3QLyNqv2UD_v9Hiv9aXVCLRnUxAxEOfFsMTfYxNx7NfVqrvSoyUXKX7Bo