Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib
 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Sfera.az xəbər verir ki, məktubda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.

ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. O, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılmasının nəzərdə tutulduğunu bildirib və ÜST-nin İşçi Qrupun səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Eyni zamanda, T.Qebreyesus COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.

Yekunda ÜST-nin Baş direktoru Azərbaycan Respublikasının Prezidentinə dərin hörmətini və ehtiramını çatdırıb. 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...