“Mükəmməl hazırlanmış hesabat...” – Millət vəkili Fəzail Ağamalı

“Mükəmməl hazırlanmış hesabat...” – Millət vəkili Fəzail Ağamalı

"Milli Məclisin bu gün keçirilən plenar yıgıncağına çıxarılan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatilə bağlı rəy və təkliflərimi lakonik şəkildə MM-sədri xanım Sahibə Qaforovaya ünvanladım”.


Sfera.az-ın məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalı özünün sosial şəbəkə hesabında yazıb. Milli Məclisin spikeri Sahibə Qafarovaya ünvanlanmış həmin müraciəti təqdim edirik:


"Hörmətli Sahibə xanım.Müzakirəyə təqdim olunan Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatını tam dəstəkləyirəm və hesab edirəm ki, mükəmməl hazırlanmış hesabat möhtərəm,cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin ifadəsidir.Bu gün ölkəmiz dəhşətli və gözə görünməz düşmənlə qarşı qarşıyadı. Əminəm ki, möhtərəm,cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyilə bu mücadilədən az itki verməklə çıxacağıq. Deputat seçildiyim Salyan rayonunun Xıdırlı kəndinin və Neftçala rayonunun Cəngən inzibati ərazisinin qazlaşmasını, Salyan rayonunun Xələc və Xıdırlı kənd orta məktəblərinin yenidən tikilməsini, Neftçala rayonunun Aşağı Surra tıbb məntəqəsinin əsaslı təmirini, hər iki rayonun kəndlərinin telefonlaşdırılmasını cari ilin investisiya proqramında nəzərə alınmasını Cənab Baş Nazir Əli Əsədovdan xahiş edirəm. Hökumətimimizə ugurlar arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

"Qərb Azərbaycan-Ermənistan dialoquna nə qədər az müdaxilə etsə, bölgəyə sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...