Müharibəyə getməyən erməni gəncləri qarşudurma yaratdı - VİDEO
22:49 / 26.10.2020
3422
Ermənistan əhalisi onlar üçün əhəmiyyətsiz və mənasız müharibədə döyüşmək istəmir.
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə erməni polislərin gəncləri məcbur hərbi xidmətə aparılmasının görüntüləri yayılıb. Beləliklə gənclərlə polislər arasında qarşı durma yaşanıb.
Hətta bildirilir ki, son günlər hətta Qarabağda erməni icmasının gəncləri bölgəni tərk edib.
Qeyd edə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvandakı xəstəxanaların birində əməliyyat keçirib. Əməliyyat zamanı səfərbərliyə çağırılan əsgərlərə saxta "COVİD-19” arayışı verən həkim saxlanılıb. Məlumata görə, səfərbərliyə çağırılan əsgərlərdən 1000-2000 dollar rüşvət alan həkim onlara saxta arayışlar verib.
Aysel
Sfera.az