Kiprdə zəlzələ baş verdi
19:22 / 21.01.2021
4700
Şimali Kiprdə 5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:27-də Qazimağusa şəhərində qeydə alınıb.
Zəlzələ ocağı 55,68 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.