No Image
No Image

Müharibə vaxtı Kim Kardashiana zərbə vuran azərbaycanlı kimdir?

Müharibə vaxtı Kim Kardashiana zərbə vuran azərbaycanlı kimdir?
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlər tək ön cəbhədə deyil, arxa cəbhədə də getdi. Arxa cəbhədə gedən informasiya döyüşündə xalqımız çox gözəl birlik nümayiş etdirdi. Bu mübarizədə əsasən gənclər aktivlik göstərirdi. Düşməni layiqincə susduran, informasiya sahəsində onlara zərbələr endirən gənclərdən biri də Cəfər Nəcəfovdur.

Sfera.az xəbər verir ki, o, müharibə dövründə etdiyi qəhrəmanlıqları bölüşüb.

Cəfər Nəcəfovun danışdıqlarını olduğu kimi sizə təqdim edirik:

"Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın başlatdığı "Həqiqəti Paylaş” onlayn kampaniyası çərçivəsində mən və həmkarlarım bütün mövcud resurslarımızdan istifadə edərək bu informasiya müharibəsində əlimizdən gələni etdik və edirik.
⁣⁣Çox sevindirici hal idi ki, hər bir Azərbaycan vətəndaşı bir yumruq kimi birləşib erməni yalanını ifşa etdi və erməni təcavüzü haqqında reallıqları bütün sosial şəbəkələrdə və platformalarda beynəlxalq auditoriyaya çatdırdı.

⁣⁣Özünü Azərbaycan vətəndaşı, Azərbaycanın, bu millətin bir parçası hesab edən hər bir kəsin vətəndaşlıq borcudur ki, belə bir həssas məqamdə ölkənin maraqları onun prioritetinə çevrilsin və o bunun uğrunda öz bacarıqlarından və resurslarından maksimum şəkildə istifadə etsin.

İşğalçı Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün biz də sosial media platformalarından maksimum şəkildə istifadə edirdik.

Dəfələrlə həştəqlərimiz dünya trendinə düşmüşdür.

Müharibənin ilk günlərində məşhur erməni əsilli influencer Kim Kardashian öz instagram səhifəsindən bütün dünyaya işğalçı ermənistan ordusuna ianə olunmasını istədi.

Təbii ki, biz buna səssiz qala bilməzdik.

Ona görə də, Kim Kardashian və onun kimi digər böyük izləyici kütləsinə malik erməni influencerlərin yalan məlumatlar və erməni terrorçularına dəstək paylaşımlarının qarşısını almaq üçün onların bizneslərinə hücumlar təşkil etməli olduq.

Hücumlar əsasən telegram kanalımdakı ordum vasitəsilə gizlin həyata keçirilirdi.

Bir gün içərisində Kim Kardashianın 5 ulduz reytinqinə sahib bizneslərini 2 ulduzdan da aşağıya sala bildik və uğurlu cəhdlərimizdən sonra artıq Googleda bu kimi şəxslərin bizneslərinin adını yazan şəxslərin qarşısına "bu saytlardan alış veriş olunması məsləhət deyil" xəbərdarlığı çıxmağa başladı.

Bu bizim üçün informasiya müharibəsində çox böyük uğur idi, çünki ondan sonra Kim Kardashian erməni ordusuna dəstəklə bağlı heç bir paylaşım etmədi və digər erməni əsilli məşhurlar da Kim Kardashiana olan bu hücumların onların da başına gələ biləcəklərindən ehtiyatlanaraq onlar da paylaşım etdikdə riski göz önünə gətirib ən azından 2 dəfə düşünürdülər.

İnformasiya müharibəsi bitmiş sayılmır və biz hələ də öz mübarizəmizə davam edirik.

Mən fürsətdən istifadə edərək bütün xalqımı bu böyük qələbəmiz münasibətilə təbrik edirəm, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəis müavini Xosrov Nəcəfovun oğludur, anası isə Azərbaycan Respublikasının Xalq artisti müğənni Mələkxanım Əyyubovadır./// Avtosfer.az
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xırdalanda dağıntılar altında qalaraq həlak olan qadının - FOTOSU

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir. Sfera.az-ın məlum...

İcra başçısından partlayışla bağlı açıqlama - VİDEO

Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində baş vermiş partlayışla əlaqədar yaxınlıqda yerləşən binalara da ziyan dəyib. Həmin binalarda yaşay...

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə Sfera.a...

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqd...

Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council" xəbər agentliyinə ...

İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır

"Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanıl...