Müharibə iştirakçısına hörmətsizlik etdiyi deyilən Brilliant Dadaşovadan İLK AÇIQLAMA

Müharibə iştirakçısına hörmətsizlik etdiyi deyilən Brilliant Dadaşovadan İLK AÇIQLAMA
Xalq artisti Brilliant Dadaşova ötən gün haqqında səsləndirilən tənqidlərə cavab verib.
 
Sfera.az bildirir ki, "Səs Azərbaycan" yarışmasında İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizlik etdiyi deyilən ifaçı sosial şəbəkə hesabında heç kimə əhəmiyyət vermədiyini bildirib.
 
"Şair çox gözəl deyibmiş - sevənlərin qəlbində, gözügötürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər ikisi varlığımızın əhəmiyyətini, gücünü əks etdirər", - deyə o qeyd edib.
 
Xatırladaq ki, sözügedən yarışmada Vətən müharibəsi iştirakçısı Nicat Tağıyev üçün hər kəs ayağa qalxsa da,  Dadaşova oturub. Bu isə, sosial mediada birmənalı qarşılanmayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR