Müharibə hər an başlaya bilər - AÇIQLAMA

Müharibə hər an başlaya bilər - AÇIQLAMA
 

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin, o cümlədən, ordunun zirehli texnikasının təlimlərə cəlb olunması barədə  politoloq Elxan Şahinoğlu açıqlama verib.
Məqsəd ordunu hazırlamaq, ehtiyyat qüvvələrinin mümkün savaşda fəaliyyətini yoxlamaqdır:

 

"Çünki müharibə hər an başlaya bilər. Ermənsitan təxribatlarından əl çəkmir. İşğal altındakı ərazilərdə məskunlaşdırma siyasəti həyata keçirir. Verilən məlumatlara görə, Dağlıq Qarabağa PPK terrorçuları yerləşdirilir. Bütün bunlar təbii ki, müharibə ehtimalını artırır.

Müharibə ehtimalı artdıqca hər iki tərəf insan resuslarını qiymətləndirir. Ermənistan muzduları toplamağa çalışır, hərbi mükələffiyət haqqında qanuna dəyişiklik edir. Azərbaycan isə Türkiyə ilə hərbi əməkdaşlığı, hərbi təlimləri davam etdirir. Eyni zamanda ehtiyatda olan zabitlər və hərbi heyətin orduya çağrılması müharibəyə hazırlıq istiqamətlərindən biridir. Hərbi texnikalar da sınaqdan keçməlidir. Azərbaycan son illər xeyli hərbi texnikalar alıb. Bunlar hamısı müharibə başladığı anda işlək vəziyyətdə olmalıdır."

(sonxeber.az)


OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...