Müharibə başlasa, neft bahalaşacaq

Müharibə başlasa, neft bahalaşacaq

Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfərin edam edilməsi bu ölkə iləİran arasında qalmaqalı pik həddə çatdırıb. 

Bu dövlətlər arasında münasibətlərin gərginləşməsi isə dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə - İran gərginliyi fonunda neftin qiymətində artım hiss edilir. Hazırda dünya bazarlarında 
“Brent” markalı neftin qiyməti bahalaşaraq 38.15dollara qalxıb. 

Bu dövlətlərin hər biri 
OPEC-in üzvüdür və dünya bazarına kifayət qədər enerji məhsulları çıxarmaq imkanına malikdir. Səudiyyə Ərəbistanı gündə 10 milyon barel, İran isə təxminən 3 milyon barel neft hasil edir. İran üzərindən beynəlxalq sanksiyaların götürülməsindən sonra hasilatın 4 milyon barelə çatdırılacağı ehtimal edilir. 




Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisatçı Elnur Sultanovun sözlərinə görə, əgər Səudiyyə - İran qarşıdurması silahlı münaqişəyə çevrilərsə, o zaman neftin qiyməti bahalaşa bilər. 

“Çünki hər iki ölkə neftlə dünya neftinin 2/file/articles/3-nin daşındığı 
Fars körfəzində yerləşir. Silahlı münaqişə körfəzdə yerləşən Hörmüz boğazında neftin satışına və daşınmasına maneələr yarada bilər. Bu silahlı toqquşma isə dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olar. Amma hazırki məqamda gərginlik neft qiymətlərinə ciddi təsir etməyəcək”,-deyə Elnur Sultanov bildirdi.