Müharibə başa çatandan sonra altı ölkə birgə... - Həsənquliyev

Müharibə başa çatandan sonra altı ölkə birgə... - Həsənquliyev
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgəyə dayanıqlı sülhün gəlməsi region dövlətlərinin nə qədər müdrik və cəsarətli siyasət yürüdəcəyindən çox asılıdır.

Sfera.az xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinin bölgənin müharibədən sonrakı gələcəyi haqqında sualını cavablandıran partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədrinin sözlərinə görə, hazırda görünən odur ki, qonşu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istədiklərini bəyan edir və ən azından neytrallıqlarını qoruyub saxlamağa çalışırlar:

"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də regona kənar güclərin müdaxiləsini aradan qaldıracaq. Həmişə söyləmişəm ki, regionda təhlükəsizliyin, siyasi sabitliyin, inkişafın təmin olunması üç Cənubi Qafqaz dövlətinin, Türkiyənin, Rusiyanın və İranın dostluq və əməkdaşlığından keçir. Artıq Azərbaycanın Ermənistan istisna olmaqla digər qonşularımızla üçtərəfli formatda əməkdaşlığı var. İnşallah, müharibə başa çatandan sonra altı ölkənin birgə və sıx əməkdaşlığını qaçılmaz hesab edirəm və zəruri sayıram. Bu əməkdaşlıq Avrasiya İttifaqı çərçivəsində də ola bilər. Vahid iqtisadi məkanın yaradılması xalqların rifahına və sülhə böyük töfhə verə bilər. Ona görə bölgənin bütün ölkələri haqqın və beynəlxalq hüququn yanında olmalı, Ermənistana təzyiq etməli və müharibənin tezliklə başa çatmasına çalışmalıdırlar”.

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...