Muğlada son 12 saatda 131 zəlzələ baş verib
Dünya
18:14 / 01.08.2021
3036
Türkiyənin Muğla vilayətində son 12 saatda 131 yeraltı təkan qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
"Egey dənizinin Datça sahillərində ən böyüyü 5,5 bal olan 131 zəlzələ qeydə alınıb. Ölkəmiz və yaxın çevrəsindəki zəlzələ aktivliyi 7/24 izlənilir”, - qurumun məlumatında deyilir.