Müğənni nazirliyin xəbərdarlığına məhəl qoymadı - FOTO

Müğənni nazirliyin xəbərdarlığına məhəl qoymadı - FOTO
Türkiyəli müğənni Bengü nazirliyin xəbərdarlığına məhəl qoymadan vaksin vurdurub.
 
Sfera.az bildirir ki, 18 həftəlik hamilə olan ifaçı "BioNTech” peyvəndi üçün xəstəxanaya üz tutub. Onun bu addımı sosial mediada müzakirələrə səbəb olub.
 
Belə ki, Türkiyənin səhiyyə nazirliyi hamilə qadınlarla bağlı tövsiyəsində vaksinin hamiləliyin ilk üç ayında tətbiq edilməməsinin məqsədəuyğun olduğunu qeyd etmişdi. Lakin Bengü müddətə əhəmiyyət verməyərək vaksin prosesinə qoşulan müğənnilərdən biri olub.

O, sosial şəbəkə hesabında "Hamı kimi hamilə qadınların da vaksin vurdurması önəmlidir. Xüsusilə 3 ay bitəndən sonra bunu rahatlıqla edə bilərik” , - deyə qeyd edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR