Müğənni Aslan Hüseynovun yol qəzasında öldüyü TƏSDİQLƏNDİ

Müğənni Aslan Hüseynovun yol qəzasında öldüyü TƏSDİQLƏNDİ
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report"a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".

 
 ***

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.
 
Sfera.az xəbər verir ki, Baku TV müğənninin Qaradağda avtomobil qəzası zamanı ağır yaralandığını, xəstəxanaya çatdırılsa da orada keçindiyini yazıb.
 
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev Azxeber.com-a bildirib ki, Aslan Hüseynov vəfat etməyib: 

"Qaradağda baş verən qəzada avtomobili idarə edən şəxs müğənni Aslan Hüseynov olmayıb. Aslan Hüseynov vəfat etməyib, sağdır".


OXŞAR XƏBƏRLƏR