Müge Anlı Türkiyədə sevgilisi tərəfindən qaçırılan azərbaycanlı qadını tapdı - VİDEO

Müge Anlı Türkiyədə sevgilisi tərəfindən qaçırılan azərbaycanlı qadını tapdı - VİDEO
Türkiyədə sevgilisi tərəfindən qaçırılan Aytən Hüseynova adlı qadın tapılıb. 

 

Sfera.az xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ile Tatlı Sert" adlı proqrama çıxan A.Hüseynovanın anası Mehriban Hüseynova və bacısı GÜlər Hüseynova qızın sevgilisi tərəfindən qaçırıldığını iddia etmişdilər. 

 

Türkiyə polisinin bir aydır axtarışa verdiyi qadın ortaya çıxıb. O, proqramdan sonran anasına zəng edib və yaxşı olduğunu bildirib. 

 

Xatırladaq ki, itkin düşən qadın bir neçə ildir ki, Ankarada səhiyyə turizmi ilə məşğul olurmuş. O sevgilisi olduğu şəxs tərəfindən aldadıldığını iddia edib. Belə ki, sevgilisi ona saxta ad təqdim edərək onunla evlənibmiş. 

 

azxeber.com

 
 
 

 





OXŞAR XƏBƏRLƏR