«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!

«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
 Mən ikinci qrup əliləm Heç bir yerdən əlavə gəlirim yoxdur. Ancaq aylıq 240 manat pensiya puluna möhtacam. Onunda bir hissəsini ölkənin sosial potensiyalını ağlar günə qoymuş acgöz bank məmurları sümürürlər. Əlbətdəki onlar bunu eyni səviyyədə olan İcra və Probasiya məmurlarının əliylə edirlər.

Belə ki, hamı kimi məndə problemli kreditorçuların siyahısında idim. Ucar rayon İcra və Probasiya şöbəsinin 27.07.2018-ci il tarixli 684 saylı məktubunda göstərdiyi 588,09 manat qalıq borcunun ödənilməsi üçün DSMF-nin Ucar şöbəsi hər ay pensiyamdan 50,11 manat tutaraq «MuğanBank» ASC-n- köçürülür. Artıq mənim bu banka 01.03.2019-cu il tarixə qalıq borcum 237,32 manat qalmışdır. Həmin vaxt cənab Prezidentin problemli kreditlər barədə 28.02.2019-cu il tarixli məlum fərmanından sonra 01.03.2019-cu il tarixdən pensiyamdan pulun tutulması dayandırıldı və bir il möhlət verildi.
 
 
Tam bir ildən sonra yəni 2020-ci ilin mart-aprel aylarından mənim pensiyamdan 60,18 manat (əvvəlkindən 10,07 manat çox) tutulmağa başlanıldı.Hansı ki, cənab Prezidentin məlum fərmanında göstərilir ki, bir il möhlətdən sonra qalıq borcları beş il ərzində ödənilsin. Ölkədə karantin rejimi olduğu üçün aidiyyatı qurumlarla əlaqə yarada bilmədim. Nəhayət ki, DSMF-nin Ucar rayonu üzrə şöbəsi 29.04.2020-ci il 20631213248 saylı məktubuyla müraciətimə cavab yazaraq bildirdi ki, Ucar rayon İcra və Probasiya şöbəsinin 20.02.2020-ci il tarixli 151/2020saylı məktubuna əsasən «MuğanBank» ASC-ə olan 313,16 manat qalıq borcu üstəgəl 20,00 manat rüsum puluna görə aylıq olaraq 60,18 manat olmaqla pensiyamdan tutulur. Hansı ki, yuxarıda qeyd etdiyim kimi cənab Prezidentin məlum fərmanına qədər mənim qalıq borcum 237, 32 manat qalmışdır. «MuğanBank» ASC-nin fikrinə görə bu qalıq borcum balalayır. Yoxsa mənim qalıq borcum naməlum səbəbdən 95, 84 manat şişirdilməzdi.

Odur ki, mətbuat vasitəsi ilə aidiyyatı qurumlara,əsasəndə Mərkəzi Bankın sədri Elman Rustəmovdan və Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edirəm bu biabırçı özbaşınalığı edən şəxslərə qarşı hüquqi tədbir görsünlər.və bu qanusuzluqda günahı olan şəxslər layiqincə cəzalandırılsınlar. Əlbətdəki mənə hesablanan 95,84 manat pulun araşdırılıb silinməsi üçün lazımi göstəriş versinlər.

Hörmətlə İsmayılzadə Akif Səlim oğlu.
Ünvan: Ucar şəhəri Heydər Əliyev Prospekti, ev 87, mənzil 16.

OXŞAR XƏBƏRLƏR

İrandan İsrailə SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   “Qafqazinfo” xəbər verir ki, ATV telekanal...

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...